Xidmətlərimiz

Here's What We Do Better

İnternet və Data xidməti
(Fiber optik və simsiz hava xəttin üzərindən)

“GSP” şirkəti fiziki şəxslərə və korporativ müştərilərə genişzolaqlı fiber optik və hava xətti üzərindən internet xidmətləri göstərir. Şirkətin internet şəbəkəsi ən müasir tələblərə cavab verən avadanlıqlar üzərində qurulmuşdur.
Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli, daha sərfəli və məhdudiyyətsiz internet xidmətlərindən istifadə etməsinə imkan verir. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə müqayisədə olduqca genişdir.

İP telefoniya və TV xidmətləri

İp telefoniya rabitə sisteminin bir növü olub Analoq, Gsm, CDMA və digər siqnalların VOIP (Voice over IP) IP protokolu vasitəsilə səs paketlərinin bir hostdan (kompüter şəbəkəsinə və ya internetə qoşulmuş qurğu) digərinə ötürülməsi sistemidir. Bu sistem vasitəsilə siz şirkətinizin rabitə sisteminə maksimum nəzarət edə, təkmilləşdirə, asanlıqla Call Centerinizi (məlumat, çağrı mərkəzi) qura və şirkətinizin filallarının rabitə sistemin vahid şəklə gətirə  bilərsiniz. “GSP”  sizə dünyaca məşhur CISCO, SIEMENS, 3CX, Asterisk, Avaya, Yealink və.s istehsalçıların avadanlıqların və kompleks VOİP həllər təklif edir. “Azərtelecom” şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.

WEB VƏ TƏTBİQİ PROQRAMALAŞDIRMA, DOMEN VƏ HOSTİNQ XİDMƏTLƏRİ

Sifarişçinin texniki tapşırığına uyğun web və tətbiqi proqramlaşdırma, bu istiqamət üzrə domain (internet ünvanı) satışı, hostinq icarə və texniki dəstək xidmətləri “GSP” MMC-də peşəkar proqramçılar tərəfindən əldə edəcəksiniz. 10 ildən artıqdır ki, biz səhiyyə, maliyyə, telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən kiçik və iri şirkətlər üçün müştəri istiqamətli və platforma əsasında çeşidli həllər təqdim edirik. “GSP” MMC sizə domen adını yeni müddət üçün təkrar qeydiyyatdan keçirməyə və inzibatçı haqqında məlumatları reyestrdə dəyişməyə kömək edəcək, eləcə də sizin üçün tam DNS dəstəyini təmin edəcək. “GSP” olaraq müştərilərimizə sərfəli hostinq seçimləri təklif edirik. Davamlı ehtiyatı alınan, etibarlı serverlar ilə veb saytlar daha sürətli açılacaq. Müştərilərimiz asan idarə paneli (cPanel) vasitəsi İlə saytlarını asanlıqla idarə edə, database yarada, mail hesabları aça bilər.

GPS və CİS xidməti

Cografi İnformasiya Sistemləri (CİS) istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Cografi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.

Konsaltinq və outsoursing xidmətləri

Öz fəaliyyətimizdə Sizin biznesiniz üçün uyğun olan insanlardan, prosseslərdən və informasiya texnologiyalarından istifadə etməyə üstünlük veririk. Təklif etdiyimiz həllər müştərinin bütün ehtiyaclarını ödəməyə imkan verir. Bizim şirkətimiz həllərin tətbiqi üzrə layihələr çərçivəsində, lisenziyalı proqram təminatının kompleks çatdırılmasını, həmçinin, proqramın tətbiqi üzrə digər xidmətləri: quraşdırılmasını, konfiqurasiyasını, istifadəçilərin təlimatlandırılmasını və proqram təminatının lisenziyalaşdırılmasını təklif edir. Şirkətimiz öz həllərində sifarişçinin istəklərini nəzərə almağa üstünlük verir.

“GSP” şirkəti fiziki şəxslərə və korporativ müştərilərə genişzolaqlı fiber optik və hava xətti üzərindən internet xidmətləri göstərir. Şirkətin internet şəbəkəsi ən müasir tələblərə cavab verən avadanlıqlar üzərində qurulmuşdur.
Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli, daha sərfəli və məhdudiyyətsiz internet xidmətlərindən istifadə etməsinə imkan verir. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə müqayisədə olduqca genişdir. Fiber optik internetə qoşulma abunəçilərə məlumatı 10 Gbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkiyə imkan vermir. Məlumatın ötürmə sürəti telefon xətti kimi amillərdən asılı olmur ki, bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir.
Ayrılmış kanal xidmətləri Azərbaycan Respublikası daxilində (Naxçıvan Muxtar Respublikasını da əhatə edən) müxtəlif həcmdə şirkət və dövlət qurumlarının uzaq məsafələrini birləşdirmək məqsədilə təqdim edilə bilər ki, bu daonların fəaliyyətinin daha da səmərəli qurulması üçün şərait yaradar.
“GSP” MMC işgüzar fəaliyyət sahələrinə “bir nöqtə ilə digər nöqtəni”, yaxud “bir nöqtə ilə digər nöqtələri” əlaqələndirən xidmətlər təklif edir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, yaxud korporativ şəbəkələrin təşkil olunmasına kömək edir.
Şirkətin təqdim etdiyi ayrılmış kanal xidmətinə aşağıdakılar daxildir:
–          E1s-dən STM64-dək DWDM və SDH protokolları vasitəsi ilə yüksək tutumlu xətlərin təqdim edilməsi;
–          10Mb-dan 10Gb-dək Virtual özəl şəbəkə Ethernet-in təqdim edilməsi;
–          VPN (Virtual Özəl Şəbəkə)-nin təqdim edilməsi
–          Fiber optik kabellərin quraşdırılması, istismarı və servisi;
–          Azərbaycana və kənara beynəlxalq ayrılmış kanalların təqdim edilməsi.

“GSP”  şirkətinə Azərbaycan Respublikası Radiotezliklər Üzrə Dövlət Komissiyası tərəfindən 2.4 – 2.485 GHz tezlik zolağından istifadəsinə icazə verilmişdir və bu o deməkdir ki bizim Respublikanın istənilən nöqtəsində hava xətti üzərindən (Point to Point, Multi-point və WTTx texnologiyalar) internet xidməti təmin etmək imkanımız var.
Hazırda inkişaf etmiş ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə “GPON” texnologiyası əsasında qurulur.
GPON texnologiyasından yararlanaraq “GSP” şirkəti eyni infrastruktur üzərindən telefon rabitəsi , internet və rəqəmsal televiziya xidməti təklif edir.

İp telefoniya rabitə sisteminin bir növü olub Analoq, Gsm, CDMA və digər siqnalların VOIP (Voice over IP) IP protokolu vasitəsilə səs paketlərinin bir hostdan (kompüter şəbəkəsinə və ya internetə qoşulmuş qurğu) digərinə ötürülməsi sistemidir. Bu sistem vasitəsilə siz şirkətinizin rabitə sisteminə maksimum nəzarət edə, təkmilləşdirə, asanlıqla Call Centerinizi (məlumat, çağrı mərkəzi) qura və şirkətinizin filallarının rabitə sistemin vahid şəklə gətirə  bilərsiniz. “GSP”  sizə dünyaca məşhur CISCO, SIEMENS, 3CX, Asterisk, Avaya, Yealink və.s istehsalçıların avadanlıqların və kompleks VOİP həllər təklif edir. “Azərtelecom” şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.
“GSP” şirkəti müştərilərə ofisdə olmadan şirkətin telefon sisteminə qoşulması sanki şirkətdəymiş kimi daxili nömrələrə zəng etmə imkanı həmçinin şirkətin analoq şəhər və GSM nömrələrindən istifadə etməklə kənara zəng etmək sistemlərini təmin edir. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür.

“GSP” MMC-yə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən  kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya)  verilmişdir. “GSP” şirkəti müştərilərə 240-dan çox IPTV və 120-dən çox rəqəmsal TV sistemləri vasitəsilə yerli və xarici telekanallarının yeni nəsil televiziya yayımı təklif edir. Eyni zamanda şirkətimiz onlarla təşkilat və yaşayış komplekslərində TV xidmətinin təşkili üçün müxtəlif növ  televeziya həlləri (Peyk baza stasiyası, İPTV, DVBT və sayrı) uğurla təhvil vermişdir. IPTV müştərilərə sadəcə televiziya yayımı xidməti deyil həmçinin rabitənin yeni vasitələrindən yararlanmaq imkanı verir (Media, Radio, Player və sayrı). Hal-hazırda “GSP” MMC OTT texnologiyasını istifadə edərək “CİTYLİNE” brendi altında dünyanın istənilən yerində şirkətimiz tərəfindən yayımlayan televiziya kanallarına rahatlıqla izləmək olur.

Cografi İnformasiya Sistemləri (CİS) istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Cografi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.
GSP  tərəfindən xidmət və ya şəxsi avtomobillərdə quraşdırılmış mobil məlumat qurğuları və GPS peykləri əlaqəli şəxs və bölmələr tərəfindən xidmət saatı ərzində bütün nəqliyyat vasitələrinin hərəkətini izləmək və nəzarət etmək üçün zəruri məlumatı təqdim edir. Bu sistem vasitəsilə, məsələn avtomobillərin çıxış vaxtları, sərnişinlərin götürülmə vaxtları və yerləşdiyi ərazi, dayanacaq yerləri və müddəti haqqında məlumata dərhal baxmaq olar.
Sistemin qeydiyyatlı istifadəçiləri vektor, həmçinin peyk xəritələri vasitəsilə ətraflı şəkildə xidmət avtomobillərini izləyə bilərlər.
GSP təqdim etdiyi GPS monitorinq sistemi vasitəsi ilə nəqliyyata nəzarət,nəqliyyat marşrutuna nəzarət, yanacağ sərfiyyatına nəzarət, sürücü haqqında məlumat,təhlükəsizlik kəməri, kuzov, kompressor, mikser, sürət həddinə nəzarət və bir çox digər xidmətlərdən yaralnamaq olar. GPS Monitorinq üçün təqdim olunan proqram təminatı vasitəsi həmdə sifarişçinin istəyi ilə məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxma hallarına nəzarət etmək, 30-dan çox göstəricidən (məsafə,motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatları almaq və lazımi formata salmağa imkan verir.
Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və Coğrafi informasiya sistemlərinə texniki dəstək xidmətlərinin göstərilməsidir.
CİS ESRİ-ArcGİS texnologiyaları əsasında yaradılır. ArcGİS – proqram platformasıdır, bu sistem əsasında istənilən səviyyəli CİS yaradılır. ArcGİS xəritələrin, proqram təminatları modellərinin, web-brauzerlərin çox asanlıqla yaradılması və publikasiyası, digər sistemlərə integrasiya, coğrafi məlumatların idarə edilməsi, analizi, planlaşdırma və düzgün qərarların qəbul edilməsində ən mükəmməl vasitədir.
Şirkətimizdə çalışan mütəxəssislərimizin professional təcrübəsi bizə aşağıdakı işləri həyata keçirməyə və CİS-in təbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir:

  • GPS sistemlərinin və digər ölçmə cihazlarının köməyilə məkan məlumatlarının toplanılması, çöl-tədqiat işləri, dəqiq ölçmələr
  • Məkan məlumatları infrastruktrunun (informasiya sisteminin) layihələn-dirilməsi, avtomatlaşdırılması və obyektyönümlü CİS analizlərinə əsaslanan funksiyaların yaradılması, xüsusi analizlər və hesabatların alınması
  • Məkan məlumatlarının yeniləşdirilməsi, strukturlaşdırılması, yenidən formalaşdırılması və coğrafi məkan məlumatları ilə (xüsusi yaddaş qurğularında saxlanılan) digər məlumat bazaları arasında qarşılıqlı mübadiləsi və köçürülməsi
  • Məlumatların modelləşdirilməsi və xüsusi çıxışlı məkan məlumatları bazasının layihələndirilməsi və yaradılması
  • Müstəqil və xüsusi təyinatlı CİS proqramlarının hazırlanması, ixtisaslaşmış, xüsusi məqsədli korporativ CİS-in yaradılması
  • CAD işlərinin avtomatlaşdırılması
  • Müstəqil və xüsusi CAD proqramlarının hazırlanması

Öz fəaliyyətimizdə Sizin biznesiniz üçün uyğun olan insanlardan, prosseslərdən və informasiya texnologiyalarından istifadə etməyə üstünlük veririk. Təklif etdiyimiz həllər müştərinin bütün ehtiyaclarını ödəməyə imkan verir. Bizim şirkətimiz həllərin tətbiqi üzrə layihələr çərçivəsində, lisenziyalı proqram təminatının kompleks çatdırılmasını, həmçinin, proqramın tətbiqi üzrə digər xidmətləri: quraşdırılmasını, konfiqurasiyasını, istifadəçilərin təlimatlandırılmasını və proqram təminatının lisenziyalaşdırılmasını təklif edir. Şirkətimiz öz həllərində sifarişçinin istəklərini nəzərə almağa üstünlük verir.

IT Konsalting
İstənilən müasir biznesin müvəffəqiyyəti informasiya sisteminin düzgün seçimindən və onun işinin sabitliyindən asılıdır. GSP şirkəti sizə, biznesin tələblərinə maksimal uyğun olan və bazarda şirkətin rəqabət davamlılığını təmin edən, IT sistemini seçməkdə kömək edəcək. Şirkətimiz kompleksli və strateji IT konsaltinqi həyata keçirir.

IT strategiyasının və tətbiq olunmuş sistemlərin məhsuldarlıq göstəricilərinin işlənib hazırlanması
Prioritet olan IT məsələlərini, arxitektura və texnologiyada olan məhdudiyyətləri, malik olan resursları, korporativ informasiya sisteminin struktur modelinin müəyyən edilməsi və IT strategiyasının həyata keçirilməsi nəticələrinin, qiymətləndirilməsinin metodikalarının hazırlanması
Layihənin sifarişçinin tələblərinə uyğun olmasına nəzarət edilməsi, IT sahəsinə ayrılmış investisiyaların iqtisadi əsaslandırılması, investisiyalardan əldə olunan gəlirin və KİS-in mülkiyyət dəyərinin hesablanması
Biznes prosesləri haqqında korporativ məlumat bazasının hazırlanması və proseslərin idarə edilməsi metodlarının və yanaşmalarının təlimatlandırılması

IT Outsoursing
Bizim şirkətimiz avadanlığın təmin edilməsindən və IT infrastrukturun qurulmasından başlayaraq, informasiya sisteminin bütövlükdə və ya onun müşayiəti və inkişafı proseslərinə cavabdeh olan hissəsilərinin idarə edilməsi ilə məşğul olur. Bununla da, sifarişçinin informasiya sisteminin xidməti və müşayiəti üzrə kompleks xidmətlərini göstərməklə, sizin vaxtınıza qənaət etməyə kömək edir. Bizim xidmətlərimiz sizə şəxsi IT mütəxəssislərinin komandasının saxlanılması üçün olan xərcləri azaltmağa icazə verir.
Resursların təqdim edilməsi. IT mütəxəssislərindən ibarət qrup yaradılır və şirkətimizdə ixtisaslaşdırılmış kadrların defisitini örtür, müəyyən olunmuş müddətdə və miqdarda lazımlı profil üçün, yüksək səviyyəli mütəxəssislərlə təmin edir
Hazır proqram təminatının tətbiqi. Help, Desk, Service Desk, iş yerləri üçün proqram təminatının və istifadəçilərin işinin idarə edilməsi
Bölüşdürülmüş IT sistemlərinin idarə edilməsi. Ərazi cəhətdən bölüşdürülmüş komplekslərin və informasiya sistemlərinin dəstəyi
Uzaq məsafələrdə yerləşən ofislərin idarə edilməsi
IT infrastrukturunun idarə edilməsi. Sistem səviyyəsində sifarişçinin mövcud infrastrukturunun idarə edilməsi

GSP müştərilərə yüksək keyfiyyətli kartric dolumu və ehtiyyat hissələrinin dəyisdirilməsini (cip, baraban, maqnit vali, rakel və.s) təklif edir. Kartric dolumu printerlərimizin rəng sisteminin (tonerin) yenilənməsidir. Kartriclər lazerli printerlərdə toz (toner), deskjet və inkjet printerlərdə maye (ink) şəklində olur. Belə ki, kartriclərin doldurulmasi sizə yeni kartricin alinmasidan 70-80% ucuz başa gəldiyinə görə siz də xərclərinizə qənaət etmiş olursunuz.
GSP komandası həmdə ofis texnikasının təmiri (texniki xidmət) ilə məşğul olur və bu sahədə özünə məxsus yerə sahibdir. Komandamızda yer alan mütəxəssislər tərəfindən HP, Toshiba, Dell, Acer, Asus, Samsung, Canon, Epson, Xerox, Panasonic, Sony, Lenovo, LG markalı çap avadanlıqlarının təmiri, katriclərinin dolumu və satışını həyata keçirilir.