GLOBAL SERVICE PROVIDER

2008-ci ildə əsası qoyulmuş “Global Service Provider” MMC çoxşaxəli İT xidmətlərini bir ünvanda birləşdirməklə müştərilərə unikal xidmət təqdim edən aparıcı informasiya və kommunikasiya şirkətidir. Biz İKT-nin gücündən yararlanaraq və Azərbaycan bazarında mövcud 10 ilik təcrübəmizdən çıxış edərək cəmiyyətimizn rəqəmsal gələcəyini müştərilərimizlə birgə formalaşdırırıq.

Şirkətin əsas fəaliyyəti İT Autsoursinq, Mini ATS-lərin və İP telefonların quraşdırılması, internet şəbəkələrin quraşdırılması, İnternet və İntranet, daxili və magistral şəbəkələrin quraşdırılması, otel və istirahət məkanlarında WİFİ zonanın yaradılması, İT məhsullarının satışı və təmiri kimi və digər İT xidmətlərini əhatə edir.

Dəyərlər:

Həll və xidmətlərimizdən yararlanan hər bir müştərinin keyfiyyətli, etibarlı və dayanıqlı xidmətlə təmin olunduğundan əmin olmaq üçün peşəkar və eyni zamanda təcrübəli mütəxəssislərdən ibarət komandamız İT sahəsi üzrə istənilən məsələdə sizə müvafiq köməyi göstərməyə hazırdır. GSP olaraq missiyamız mövcud xidmət və məhsulların keyfiyyətini artırmaq və ictimaiyyət qarşısında sosial məsuliyyətini qorumaqla İT sahəsində aparıcı mövqeyimizi daha da gücləndirməkdir. Fəaliyyət göstərdiyimiz 10 il müddətində müştərilərimizin davamlı olaraq müraciət etməsini təmin edən üstünlüklərimiz:
-Peşəkar yanaşma, etibarlılıq və məxfiliyin tam təmin edilməsi
-Son nəticənin gözləntiləri üstələməsi
-Minimal büdcə ilə arzuolunan həlin icrası

Qarşıya qoyulan hədəfə uyğun olaraq İT konsaltinq xidmətimizlə məlumatların analizi, texniki-iqtisadi əsaslandırma və müvafiq həllə birgə öz tövsiyələrimizi ən çox ehtiyac duyduğunuz zamanda sizə çatdırırıq.