GSP-nin Təklif Etdiyi Həllər

Şlaqbaum və Bollard Sistemləri

Şlaqbaum – bağlı ərazilərə və (nəqliyyatın, insanların) girişi – çıxışı üçün məhdudiyyət qoyulan bəzi yerlərə nəzarət etmək üçün ən müasir həll yoludur. GSP şirkəti Sizin diqqətinizə ən yeni və müasir şlaqbaum və bollardları təklif edir. Avadanlıqlarımız İtaliya və Türkiyə istehsalıdır. Gündəlik istifadə üçün də yararlı olan bu şlaqbaum və bollardlar asan istifadəsi və yüksək keyfiyyəti ilə fərqlənir.
Bollard giriş və ya keçid qapılarının, həmçinin ümumilikdə avtonəqliyyatın gedişinin tam bloklaşdırılmasını və ya məhdudlaşdırmaq məqsədiylə nəzərdə tutulmuş bir cihazdır. Başqa sözlə, bu cihaz diyircəkli teleskopik dirək, yol blokiratorudur. Bollard başqa yol nişanları və ya digər yol dirəyi kimi təyin edildiyinə görə eyni funksiyaları daşıyır.
Bollard birbaşa yol örtüyünə və ya digər səthə quraşdırılırılaraq pult vasitəsi ilə hərəkətə gəlir və həmin istiqaməti hərəkət üçün məhdudlaşdırır. Əlavə olaraq üzərində qurulan led işıq effektləri də diqqətin cəlb edilməsinə kömək edir.
Bollard sisteminin əsas üstünlüyü əvvəlcədən lazım olan yol, parkinq hissəsini blok etmək, istənilən zamanda lazım olan hissəni nəzarətdə saxlamaqdır. Xoşagəlimli dizaynla estetik cəhətdən də çox əlverişlidi.