GSP-nin Təklif Etdiyi Həllər

Məlumat Mərkəzi

Dövlət qurumları, holdinqlər, böyük təşkilatlar və biznes mərkəzlərində server otaqlarının (Prosessinq Mərkəzlərinin) yaradılması şirkətimizin əsas fəaliyyət sahələrindən hesab olunur. GSP bu sahədə dəyərli təcrübəyə malik olub bir çox bank, nazirlik, dövlət qurumları və şirkətlər üçün layihələr həyata keçirmişdir. Layihələr çərçivəsidə müştərilərimiz layihələrin qurulması, şəbəkə infrasturukturunun yaradılması, Data Mərkəzin qurulması kimi xidmətlərlə təmin olunmuşdur. Həyata keçirilən layihələr ANSİ/TİA – 92 standartlarına uyğun olaraq TİER2 və TİER3 səviyyələrinin tələblərinə cavab verən elektrik təchizatı və komunikasiya vasitələri ilə təmin olunmuşdur. Layihələr müvafiq sahənin serkifikatlı mütəxəssisləri tərəfindən idarə və icra olunur.

Prosessinq Mərkəzlərinin layihələndirilməsi zamanı aşağıdakı faktorlar nəzərə alınır:

  • Məkanın arxitekturası, PM-də əsas elementlərin yerləşməsi
  • PM-in kəsintisiz elektrik enerjisi ilə təmin edilməsi sistem
  • PM-də tələb olunan temperatur və rütubətlik rejiminin təmin edilməsi sistemi
  • PM-ə girişə nəzarət sistemi
  • Siqnal/xəbərdarlıq sensorlarına (su basması, PM-in qapısının açılması, temperatur rejimi, tüstüləmə və s.) nəzarət sistemi
  • Qaz yanğınsöndürmə sistemi (Azərbaycan Respublikası FHN tələblərinə müvafiq olaraq sertifikatlı podratçı tərəfindən yerinə yetirilir)

Xüsusilə qeyd etmək istərdik ki, layihələşdirilən PM-də işləyən avadanlığın, kommunikasiyanın mühafizəsi üçün aşağıdakı memarlıq-inşaat işləri də nəzərdə tutulmuşdur:

  • Hidroizolyasiya
  • Divarların toza qarşı müvafiq işlənməsi
  • Avadanlığın elektromaqnit təsirindən müdafiəsi (Faradey örtüyü)