GSP-nin Təklif Etdiyi Həllər

Arxiv Görüntüsündə Ağıllı Axtarış

Cari anda həyəcan siqnalı verməklə yanaşı sistemlər müşahidə məlumatlarının saxlanması və istifadəsi imkanını verir. Məlumatların istifadəsinə görüntülərin axtarışını optimallaşdırmaq üçün digər video proqram təminatları ilə inteqrasiya da daxildir. Arxiv mühitində görüntülərə avtomatik yaradılan açar sözlər təyin edilir. Açar sözlər

  • davranış şəkilləri
  • görüntü ölçüsü
  • cisimlərin rəngi
  • hadisənin tarix və zamanı və s.

kimi məlumatları özündə birləşdirən mətndir. Açar sözlər axtarış fayllarını formalaşdırır nəticədə metadata üzrə axtarış görüntü axtarışından vaxt və mürəkkəblik baxımından xeyli asanlaşır, günlər hətta həftələr ala biləcək axtarış saniyələr qədər vaxt alır. Göründüyü kimi kamera təhlükəsizlik sistemləri ilə təmin olunacaq yerin öncədən analizi mövcud sistemlərdən yayınma ehtimalını minimuma endirir.