GSP-nin Təklif Etdiyi Həllər

Məlumat Mərkəzi

Dövlət qurumları, holdinqlər, böyük təşkilatlar və biznes mərkəzlərində server otaqlarının (Prosessinq Mərkəzlərinin) yaradılması şirkətimizin əsas fəaliyyət sahələrindən hesab olunur. GSP bu sahədə dəyərli təcrübəyə malik olub bir çox bank, nazirlik, dövlət qurumları və şirkətlər üçün layihələr həyata keçirmişdir. Layihələr çərçivəsidə müştərilərimiz layihələrin qurulması, şəbəkə infrasturukturunun yaradılması, Data Mərkəzin qurulması kimi xidmətlərlə təmin olunmuşdur. Həyata keçirilən layihələr ANSİ/TİA – 92 standartlarına uyğun olaraq TİER2 və TİER3 səviyyələrinin tələblərinə cavab verən elektrik təchizatı və komunikasiya vasitələri ilə təmin olunmuşdur. Layihələr müvafiq sahənin serkifikatlı mütəxəssisləri tərəfindən idarə və icra olunur.

Prosessinq Mərkəzlərinin layihələndirilməsi zamanı aşağıdakı faktorlar nəzərə alınır:

  • Məkanın arxitekturası, PM-də əsas elementlərin yerləşməsi
  • PM-in kəsintisiz elektrik enerjisi ilə təmin edilməsi sistem
  • PM-də tələb olunan temperatur və rütubətlik rejiminin təmin edilməsi sistemi
  • PM-ə girişə nəzarət sistemi
  • Siqnal/xəbərdarlıq sensorlarına (su basması, PM-in qapısının açılması, temperatur rejimi, tüstüləmə və s.) nəzarət sistemi
  • Qaz yanğınsöndürmə sistemi (Azərbaycan Respublikası FHN tələblərinə müvafiq olaraq sertifikatlı podratçı tərəfindən yerinə yetirilir)

Xüsusilə qeyd etmək istərdik ki, layihələşdirilən PM-də işləyən avadanlığın, kommunikasiyanın mühafizəsi üçün aşağıdakı memarlıq-inşaat işləri də nəzərdə tutulmuşdur:

  • Hidroizolyasiya
  • Divarların toza qarşı müvafiq işlənməsi
  • Avadanlığın elektromaqnit təsirindən müdafiəsi (Faradey örtüyü)

Girişə Nəzarət və Turniket Sistemləri (Access control)

Girişə nəzarət sistemləri qəliz və çoxplanlı elektron sistemlərdir. Mexaniki kilidli adi qapılar və ya keşikçili mexaniki turniketlər digər işə nəzarət sistemlərinə aid edilə bilər, lakin hər qapıda keşikçinin olması mümkün olmur. Bu zaman köməyə girişə nəzarət sistemləri gəlir ki, onlar əsasən mühafizə olunan zonalara və otaqlara icazəli və təyinatlı girişləri mümkün edirlər. GSP olaraq müasir turniket sistemlərinin satışı və servisini dəyərləri müştərilərə təklif edirik. Plaza, Zavod, şirkət və s. müəssisələrdə giriş çıxış tənzimləmək, işçi personalın işə davamiyyətinə nəzarət etmək üçün müasir sistemlər, barmaq izi, kartla keçidi Sizə təklif edirik.

Şlaqbaum və Bollard Sistemləri

Şlaqbaum – bağlı ərazilərə və (nəqliyyatın, insanların) girişi – çıxışı üçün məhdudiyyət qoyulan bəzi yerlərə nəzarət etmək üçün ən müasir həll yoludur. GSP şirkəti Sizin diqqətinizə ən yeni və müasir şlaqbaum və bollardları təklif edir. Avadanlıqlarımız İtaliya və Türkiyə istehsalıdır. Gündəlik istifadə üçün də yararlı olan bu şlaqbaum və bollardlar asan istifadəsi və yüksək keyfiyyəti ilə fərqlənir.
Bollard giriş və ya keçid qapılarının, həmçinin ümumilikdə avtonəqliyyatın gedişinin tam bloklaşdırılmasını və ya məhdudlaşdırmaq məqsədiylə nəzərdə tutulmuş bir cihazdır. Başqa sözlə, bu cihaz diyircəkli teleskopik dirək, yol blokiratorudur. Bollard başqa yol nişanları və ya digər yol dirəyi kimi təyin edildiyinə görə eyni funksiyaları daşıyır.
Bollard birbaşa yol örtüyünə və ya digər səthə quraşdırılırılaraq pult vasitəsi ilə hərəkətə gəlir və həmin istiqaməti hərəkət üçün məhdudlaşdırır. Əlavə olaraq üzərində qurulan led işıq effektləri də diqqətin cəlb edilməsinə kömək edir.
Bollard sisteminin əsas üstünlüyü əvvəlcədən lazım olan yol, parkinq hissəsini blok etmək, istənilən zamanda lazım olan hissəni nəzarətdə saxlamaqdır. Xoşagəlimli dizaynla estetik cəhətdən də çox əlverişlidi.

Perimetr üzrə Mühafizə Xidməti

GSP şirkəti həmdə perimetr üzrə təhükəsilzik xidmətin təklif edir.Perimetr üzrə mühafizə sistemləri özündə elektron qoruyucu hasarları, video müşahidə, müdaxilənin aşkarlanması sistemlərini, kompyuterləşdirilmiş perimetr mühafizə sistemlərini birləşdirir. Bu növ mühafizə sistemləri dövlət əhəmiyyətli obyektlərdə, istehsal obyektlərində, hava limanlarında tətbiq olunur. Eyni zamanda  neft  sektorunda sərhədlərin, telekommunikasiyaların və su obyektlərinin qorunması üçün də  istifadə oluna bilər.

Təhlükəsizlik Avadanliqların Satışı

İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında kamera nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə kamera nəzarəti sistemləri ilə təchiz olunma zərurəti yaranır.
GSP şirkəti dəyərli müştərilərimizə bu sferada ən son yenilikləri tətbiq edərək müasir kamera nəzarəti sistemləri olan CCTV, HD, TURBO HD, IP kamera sistemlərini qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən kamera nəzarət sistemlərinin qeydə aldığı görüntülərin hansı müddətdə yadda saxlanması üçün lazım olan avadanlıqlar müəyyən edilir.

Video Müşahidə Sistemi

GSP-nin korporativ müştərilər üçün təqdim etdiyi bir başqa sistem də günümüzdə çox vacib olan video müşahidə sistemlərinin qurulmasıdır. Layihədə binanın daxili,xarici perimetrinə nəzarət və onun bir mərkəzdən idarə olunması öz əksini tapır və sistem hər hansı bir təşkilatın təhlükəsizliyini təmin etməyə xidmət edir.
Yüksək keyfiyyətli ip və analoq kameralar xüsusi proqram təminatının sayəsində təhlükəsizliyə tam nəzarət olunur. Proqram təminatının əsas xüsiyyətlərinin qısa məzmunu aşağıdakılardır:
VCA – Video Content Analysis və Face Detection
IP kameralar yalnız görüntü almaqlaqla yanaşı həyəcan rəhbərliyi sayəsində həyəcan və avtoimatika qabiliyyətinə malikdirlər. Kamera sayının çox olduğu böyük sistemləri izləmək üçün təhlükəsizlik işçilərinin sayının da artması vacibdir.
Bu sistemlərdə, kamera üzərindəki həyəcan girişlərinə bağlanan həyəcan dedektorları gələn tətikləmə ilə və ya kameranın

  • canlı görüntüsü
  • görüntü analiz proqramları tərəfindən araşdırılaraq
  • təhlükəsizlik bölgəsinə girilməsi
  • sahibsiz cisim buraxılması
  • təyin olunan bir istiqamətə görə tərs istiqamətdə hərəkət edilməsi
  • çəkilən virtual bir xəttin keçilməsi
  • həddindən artıq sürət
  • bir vasitənin səhv yerdə dayanması vs.

vəziyyətlərdə kamera üzərində və ya serverdəki görüntü analiz proqramında həyəcan çıxarılaraq təhlükəsizlik işçisini səsli və vizual olaraq xəbərdar edir. Ayrıca şəbəkəyə bağlı IP əsaslı giriş-çıxış (I/O) modulları istifadə edərək hər hansı avtomatlaşdırmalarıda etmək mümkündür.

Həyəcan Giriş/Çıxış əlaqəsi

IP kameraların üzərində ümumiyyətlə ən az bir ədəd həyəcan qəbul edici girişi və ən az bir ədəd göndərici çıxışı mövcuddur, hansı ki onların köməyiylə sistemdəki dedektorlardan gələn həyəcanlara görə ya göndərici çıxışları üzərindən bir siqnal və ya başqa bir xəbərdaredici vasitə işlədilə bilər və ya həyəcan siqnalı kameradan mərkəzi proqramına çatdırılaraq təhlükəsizlik operatoruna həyəcan mesajı verilə bilər. IP kameralar həyəcan vəziyyətində təyin olunan bir ünvana mail və ya bir ftp serverinə həyəcan anında çəkdiyi rəsmi göndərilərək vəziyyəti çatdıra bilər.
Videodan Hərəkət Təsbit etmə (VMD – Video montion detection)
IP kameralar, görüntüdən hərəkət qəbul etmə və buna görə həyəcan verə bilmə qabiliyyətlərinə malikdir. Lakin, səhv həyəcanlara yarandığından, ağıllı hərəkət qəbul etmə və obyekt qəbul etmə proqramları geniş şəkildə tələb edilməyə başlanılmışdır.
Ağıllı Görüntü Analizi (IVA – Intelligent Video Analysis)
Son zamanlar təhlükəsizlik kameralarının sayı artdıqca, müvafiq olaraq izləmək üçün lazımlı təhlükəsizlik işçisinin sayı da artır. Araşdırmalara əsasən yalnız iki monitorda çox sayda kameranı izləyən bir təhlükəsizlik işçisinin 22 dəqiqə sonra diqqətinin %95 dağıldığından, kameraların yalnız görüntü mərkəzə çatdırmasından kənar, gördükləri şübhəli vəziyyətlərə qarşı ağıllı alqoritmlər ilə həyəcan meydana gətirərək mərkəzə həyəcan mesajları da göndərə bilmələri ehtiyacı yaranmışdır.
IP kamera və video koderlərin öz üzərindəki cihaz proqramında Ağıllı Görüntü Analiz proqramı (IVA) ilə “ucda ağıllı analiz” getdikcə yayılır. IP kamerada bu xüsusiyyət olmadığında görüntü analizi mərkəzdəki analiz serveri üzərində edilir. Analiz serveri ümumiyyətlə ən çox 4 və ya 8 ədəd IP kameranın görüntü analizini edə bilir. Bu da çox sayda kameradan ibarət olan sistemlərdə server sayını və sistem xərcini artırır.
Lakin, görüntü analizinə (VCA (Video Content Analysis)) sahib sistemlər eyni zamanda qeyd və bant genişliyi  baxımından   böyük qənaətlərə şərait yaradır və lazım olan təhlükəsizlik işçisi sayını da azaldaraq xərclərin azalmasını təmin edir.
Görüntü analiz alqoritmləri bir neçə il əvvəl ilə müqayisədə daha da ağıllı xüsusiyyətlərə sahib olmağa davam edir və nisbətən çox daha sadə olan Video Hərəkət Qəbul etmə (VMD) sistemlərinə görə olduqca irəliləyir. Ağıllı VCA (qısaca IVA), real zamanlı görüntülərdəki şübhəli fəaliyyətləri ya da həyəcan vəziyyətlərinin təyin olunması üçün “təyin olunan qaydaları” canlı görüntüdə davamlı analiz edir. Hal-hazırda IVA alqoritmləri:

  • tək hərəkət qəbul etmə tutumuna sahib deyil
  • eyni zamanda sahibsiz cisimlərin
  • hərəkət istiqamətinin, sürətlərinin
  • təsadüfi gəzmə kimi şübhəli davranışların real zamanlı olaraq təyin oluna bilməsini də təmin edir.

Ağıllı IP Kameralar

Ən son Video Analizi alqoritmləri ancaq günümüzün inkişaf etmiş IP əsaslı CCTV məhsullarında istifadə edilir və bu alqoritmlər IP kamera və video koderlər üzərində yerləşərək bahalı server əsaslı həllərə olan ehtiyacı da ortadan qaldırır.
VCA sistemlərində səhv həyəcanın yaramasınlın ən böyük səbəblərindən biri ekoloji hava şərtlərində meydana gələn dəyişikliklərdir. Bu vəziyyəti ortadan qaldırmaq üçün VCA alqoritmləri yellənən

  • ağac budaqları
  • yarpaqlar
  • bulud hərəkətləri
  • kölgələr
  • yağış və qar kimi vəziyyətlərdə ortaya çıxa biləcək istənməyən səhv həyəcanları önləyən inkişaf etmiş alqoritmləri də var.

Alqoritm, meydana gələn dəyişikliklərə dinamik olaraq adaptasiya olma tutumuna malikdir, beləcə həyəcan yalnız real həyəcan vəziyyətlərində verilir.
İnkişaf etmiş görüntü analiz sistemi istifadəçinin, müxtəlif həyəcan parametrləri ilə görüntüdə müstəqil həyəcan bölgələri meydana gətirə bilməsinə icazə verir. Görüntü analizi alqoritmi ilə hər bir həyəcan bölgəsi üçün;

  • ölçü
  • sürət
  • istiqamət parametrləri təyin oluna bilinir.

Son zamanlarda inkişaf etdirilən alqoritmlər rəng tanıma xüsusiyyətinə də malikdir.

Şübhəli Davranışların Təsbiti

Şübhəli davranışı nəyin meydana gətirdiyini %100 təyin etmək çətin olduğundan, təcrübə və hətta aidiyatti şəxslərə müraciət edilir. Vəzifəli bir polis və ya təhlükəsizlik işçisi bu vəziyyətə qərar vermə bacarığına malikdir. Ancaq bəzi davranış formaları vardır ki bunlar potensial şübhəli davranışlar olaraq xarakterizə edilir və yalnız inkişaf etmiş VCA alqoritmləri ilə bu cür davranışları təsbit edə bilmək mümkündür.

Təhlükəsizlik İzləmə Mərkəzi

Bir çox ictimai yerlərdə xüsusilə nəqliyyat stansiyalarında artan terror və bənzəri qorxular sahibsiz əşyalar və baqajlar şübhə və panika doğurur. Bu kimi ərazilərdə baqaj və ya əşyanın ölçüsünü təyin edilməsi, dayanan bir cisimi təsbit funksiyası, sürətli irəliləyən trafikə sahib bir şosedə bir vasitənin dayandığını təyin edə bilmə xüsusi önəm daşıyır. Bir çox hallarda yaranan səhv həyəcan trafikin sıx olduğu ərazilərdə xaos yaratdığından şübhəli və günahsız vəziyyətləri bir-birindən ayıra bilmək vacibdir. Bu səbəbdən, son dövrlərdə bu cür həyəcan funksiyalarını təyin edilməsi aktual məsələyə çevrilmişdir. Bu cür həyəcan funksiyaları üçün olabiləcək tətbiqlər, qadağan bölgələrdə, muzey və ya yüksək keyfiyyətli mağazaların önlərində dayanan şübhəli vasitələrin təyin olunmasını təmin edir.

İntellektual Analizdə Rəng Tanıma Xüsusiyyəti

  • Obyekt Həyəcanı
  • Xətti Keçmə
  • İstiqamət təyin edilməsi

Görüntü analizinin istifadə edildiyi əhəmiyyətli sahələr açıq olan sənaye təsislərinin, kimyəvi, enerji istehsal təsisləri ilə su nasosla vurma stansiyalarının ətraf təhlükəsizlik kamera sistemləridir. Son zamanlara qədər 5-10 km və daha uzun hasarlanmış bu təsislər təhlükəsizlik üçün yalnız tikanlı məftillər istifadə edirdi. Bir çox hallarda, bu kimi təsislərdə video kamera sistemi istifadə olunmur və az sayda təsislərin təhlükəsizlik üçün mikrodalğa və ya infraqırmızı dalğa əsaslı sistemləri vardır. Lakin, bu sistemlər vaxt keçdikcə operatorların həssaslığını azaldan kifayət qədər yanlış xəbərdarlıq siqnalları verir. Nəticədə, operatorlar tərəfindən sistemin müəyyən funksionallarının söndürülməsinə yol açır.

Obyekt Təsnif etmə Texnikaları

Görüntü analiz sistemlərinin inkişafı təhlükəsizlik istiqamətində də ciddi irəliləyişlərə səbəb olacağı gözlənilir. VCA, şübhəli hərəkətləri – hasar boyuna yaxınlaşan heyvanlar ilə olabiləcək oğruları – avtomatik ayırd etmək imkanı verir.
Görüntü analiz alqoritmləri cismləri çərçivələyərək təyin edir. İnkişaf etmiş özəllikləri ilə statik və hərəkətdə olan cisimlərin

  • Dəqiq şəkli
  • Ölçüsü
  • Rəngi
  • Hərəkəti və s.

xüsusiyyətləri dəqiqliklə təyin edilə bilir. Məsələn, sahibsiz buraxılmış bir paket, həqiqətən paket olaraq tanınır. Polisə oğurluq hadisəsi ilə əlaqəli mavi rəngli avtomobili axtarış həmçinin, axtarış parametrlərini tənzimləmə imkanı verilir, eyni zamanda uyğun parametrlərdə avtomobilin sistem tərəfində təyin edildiyi halda təhlükəsizlik işçisinin xəbərdar edilməsi mümkündür.

Arxiv Görüntüsündə Ağıllı Axtarış

Cari anda həyəcan siqnalı verməklə yanaşı sistemlər müşahidə məlumatlarının saxlanması və istifadəsi imkanını verir. Məlumatların istifadəsinə görüntülərin axtarışını optimallaşdırmaq üçün digər video proqram təminatları ilə inteqrasiya da daxildir. Arxiv mühitində görüntülərə avtomatik yaradılan açar sözlər təyin edilir. Açar sözlər

  • davranış şəkilləri
  • görüntü ölçüsü
  • cisimlərin rəngi
  • hadisənin tarix və zamanı və s.

kimi məlumatları özündə birləşdirən mətndir. Açar sözlər axtarış fayllarını formalaşdırır nəticədə metadata üzrə axtarış görüntü axtarışından vaxt və mürəkkəblik baxımından xeyli asanlaşır, günlər hətta həftələr ala biləcək axtarış saniyələr qədər vaxt alır. Göründüyü kimi kamera təhlükəsizlik sistemləri ilə təmin olunacaq yerin öncədən analizi mövcud sistemlərdən yayınma ehtimalını minimuma endirir.